Medical Liability - Publication - Turan Legal

Turan Legal and Tax Services logo
Go to content
Medical Liability
Posted by Hamid Ahmedov        in Publication
Medical Liability

Abstract: While the introductory part of the article is about the relevance of the topic, the next part discusses the types of liability arising from the damage to the life and health of a citizen during the provision of medical services.
Furthermore, the meaning of the expressions of material and moral damage and the term of the claim applied to make such claims are discussed. The following sections provide information on the relationship between medical institutions and their staff, their qualifications, guilt in the event of harm to the person receiving medical care, as well as issues on who is responsible in such cases, and information on the provision of medical services and obtaining consent.
Finally, the article focuses on whether the act of a health care provider is illegal, as well as the need to determine the guilt, the grounds for claiming compensation, and the liability of the doctor or medical institution.
Tibb Hüququnda Məsuliyyət

Abstrakt: Məqalənin giriş hissəsi mövzunun aktuallığını özündə ifadə edərkən, növbəti hissədə tibbi xidmətinin göstərilməsi zamanı vətəndaşın həyat və sağlamlığına dəyən zərər nəticəsində yaranan məsuliyyətin növlərindən bəhs edilir.
Daha sonra maddi və mənəvi zərər ifadələrinin anlamından və bu cür iddiaları qaldırmaq üçün tətbiq olunan iddia müddətindən söz açılmışdır. Sonrakı hissələrdə tibb müəssisələri və onun işçiləri araındakı münasibətlər, onların kvalifikasiyası, tibbi xidmət göstərilən şəxsə zərər dəydikdə təqsirin müəyyən edilməsi, eləcə də məsuliyyətin kimə aid edilməsi, bundan başqa tibbi xidmətin göstərilməsinə dair məlumat verilməsi və razılıq alınması kimi məsələlər haqda məlumat verilmişdir.
Son olaraq, məqalədə tibbi xidməti göstərən şəxsin əməlinin hüquqazidd olub-olmamasının, həm də təqsirin müəyyən edilməsinin zəruriliyi, zərərin əvəzinin ödənilməsi tələbinin əsasları, həkim və ya tibb müəssəsinin məsuliyyətə cəlb olunması kimi xüsusatlara yer ayrılmışdır.

1. Giriş
2. Məsuliyyətin növləri
3. Maddi və mənəvi zərər anlayışı
4. Tibb müəssisəsi və tibb işçisi arasında hüquqi münasibətlər
5. Tibbi xidmətin göstərilməsi üzrə müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət
6. Mülki hüquq pozuntularından yaranan məsuliyyət. Hüquqazidd əməl – həkim səhvi



1.Giriş

Tibb müəssisələrinin və həkimlərin məsuliyyəti son günlərin aktual mövzülarından biridir. Tez-tez xəbərlərdə vətəndaşların sağlamlığına zərər vurulması səbəbindən hansısa tibb müəssisəsinin və ya həkimin cəzalandırılması ilə bağlı xəbərlər oxuyuruq. Həm vətəndaşların, həm də tibbi xidmət göstərən şəxslərin hüquqi biliklərinin az olduğunu nəzərə alaraq, bu məqalədə həkim səhvi nəticəsində pasiyentin sağlamlığına zərər vurulması ilə bağlı mübahisələr dair həm tibb müəssisələrinə müraciət edən vətəndaşları, həm də tibb müəssisələri/həkimləri maraqlandıran hüquqi məsələləri araşdırmağa çalışacağıq.
2. Məsuliyyətin növləri.
Tibbi xidmətinin göstərilməsi zamanı vətəndaşın həyat və sağlamlığına zərər dəydikdə təqsirkar şəxsin mülk, intizam, inzibati və cinayət məsuliyyəti yarana bilər.
Tibb işçisi Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan sağlamlığa zərər vurma, xəstəyə kömək göstərməmə və həmçinin hadisənin təfərrüatlarından asılı olaraq digər maddələr əsasında cinayət məsuliyyətinə cəlb oluna bilər.
Həkimin cinayət və ya inzibati məsuliyyətinin araşdırılması əsasən hüquq mühafizə orqanları tərəfindən həyata keçirilir. Biz bu məqalədə daha çox tibb xidmətin göstərən şəxsin mülki hüquqi məsuliyyəti barədə məsələlərə diqqət ayıracağıq.

3. Maddi və mənəvi zərər anlayışı

Tibbi müdaxilə nəticəsində vətəndaşın həyatına və sağlamlığına zərər dəydikdə zərərçəkmiş şəxsin bu zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Vətəndaşa ona vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin tələb edə bilər. Maddi zərər dedikdə, həkim səhvi nəticəsində pasiyentin pozulmuş sağlamlığının bərpa olunması üçün çəkdiyi xərclər, həmçinin bu müddət ərzindən yaşadığı digər maddi itkilər, mənəvi zərər dedikdə şəxsin və ya onun yaxınlarını çəkdiyi mənəvi iztirablar, sarsıntlar və s. başa düşülür. Mülki Məcəllə 21.2-ci maddədə zərər ifadəsinə anlayış verərək göstərmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, … habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi ilə bağlı Ali Məhkəmənin Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Nəzər almaq lazımdır ki, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti tətbiq olunmur. Lakin Mülki Məcəllənin 384-cü maddəsinin tələblərinə əsasən, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir

4. Tibb müəssisəsi və tibb işçisi arasında hüquqi münasibətlər

Tibbi xidmət nəticəsində vətəndaşın həyat və sağlamlığına zərər vurulduqda mülki hüquqi məsuliyyətin daşıyan subyektin müəyyənləşdirilməsi vacib məqamlardandır. Ümumi qaydaya əsasən hüquqi və ya fiziki şəxs (tibb müəssisəsi) öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (Mülki Məcəllə maddə 1099). Lakin müəssisə işçisinin vurduğu zərərə görə ödədiyi kompensasiyanı əvəzini (reqres tələb hüququ) işçisindən tələb edə bilər (Mülki Məcəllə 1114).
Məsuliyyətin bölüşdürülməsi məqamında tibb işçisi ilə tibb müəssisəsi arasında mövcud olan hüquqi münasibət də mühüm rol oynayır. Belə ki, əsasən tibb işçiləri çalışdıqları müəssisə ilə əmək müqaviləsi bağlayırlar. Əmək qanunvericiliyin tələblərinə əsasən işçinin tam maddi məsuliyyət daşıdığı hallar istisna olmaqla, işçi işəgötürənə vurduğu zərərə görə yalnız orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşıyır. Bu səbəbdən müəssisələr öz tibb işçilərinin vurduqları zərərə görə gələcəkdə təkbaşına məsuliyyət daşımamaları və həmçinin yaranan mübahisələr zamanı tərəflərin məsuliyyət məsələlərinin daha aydın tənzimlənməsi üçün işçiləri ilə əlavə olaraq tam maddi məsuliyyət barədə müqavilə bağlamaqları tövsiyə olunur.
Təcrübədə heç də bütün hallarda tibb işçisi fəaliyyət göstərdiyi müəssisə ilə əmək müqaviləsi bağlamır. Bəzi hallarda həkim ilə klinika arasında xidmət müqaviləsinin bağlanılması, digər hallarda tibb müəssisəsinin otağının həkimə icarəyə verilməsi, bəzən isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan tibbi xidmətinin göstərildiyinə rast gəlinir. Bütün bu hallar həm tibb müəssisəsi həm də həkim üçün gələcəkdə əlavə məsuliyyət hallarının yaranmasına səbəb ola bilər. Məsələn, Ali Məhkəmə 15 dekabr 2015-ci tarixli qərarında, xəstənın vəfat etməsi ilə nəticələn əməliyyat keçirilməsi zamanı tibb müəssisəsinin həkimlə sadəcə otağın kirayə verilməsi ilə bağlı müqavilə bağlanıldığından klinikanın məsuliyyətinin istisna olunması tələbi məhkəmə tərəfindən rədd edilmişdir.
Eyni zamanda nəzərə alınmalıdır ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziyadan (icazədən) yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Bu mənada, tibbi xidmətin göstərilməsi üçün lisenziya almış müəssisə (özəl klinika) faktiki hüquq münasibətində olmadığı şəxslərə həmin lisenziya ilə ona icazə verilmiş fəaliyyəti öz müəssisəsində görülməsinə icazə verməsi, qanunvericiliyin tələblərinin kobud pozuntusudur.

5.  Tibbi xidmətin göstərilməsi üzrə müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət

Tibb xidmətinin göstərilməsi zamanı tibb müəssisəsinin və ya tibb işçisinin (tibb xidmətinin subyektinin) mülki hüquqi məsuliyyəti müxtəlif əsaslarla yarana bilər. Məsələn, tibbi xidmət göstərilməsi üzrə müqavilə şərtlərinin pozulması, şəxsin həyat və sağlamlığına zərər vurulması ilə nəticələn mülki hüquq pozuntuları (delikt) üzrə məsuliyyət və ya digər əsaslar.
Özəl tibbi yardımın göstərilməsi tibbi xidmətin göstərən subyektlə vətəndaş arasında bağlanan müqaviləyə əsasən həyata keçirilməli, həmçinin bu müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini, həmçinin müqavilə şərtlərinin pozulması üzrə tərəflərin məsuliyyətini əks etdirməlidir (“Özəl tibbi fəaliyyət haqqında” Qanun 7-ci maddə). Müqavilə şərtlərinin pozulması dedikdə tərəflərin öhdəsinə götürdüyü işləri görməməsi, və ya razılaşdırılmış formada görməməsi, həmçinin xəstənin arzuladığı nəticənin əldə olunmaması və s. halları başa düşülür. Müqavilə gələcəkdə yarana biləcək məhkəmə mübahisələri zamanı əsas sübut növlərindən biri kimi çıxış edəcəyindən onun peşəkar hüquqşünaslar tərəfindən hazırlanması tövsiyə olunur.
Müqavilə geniş mənada xəstə ilə tibb müəssisə arasında tibb xidmət göstərilməsi barədə razılaşma olduğundan tərəflər arasında olan bütün münasibətləri yazılı formada əks etdirməlidir. Vacib məqamlardan biri odur ki, xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir. Ali Məhkəmə 25 sentyabr 2018-ci il tarixli qərarında, əməliyyat sonrasında xəstənin səhhətində yaranmış problemlərin həkim səhvindən olmamasını qeyd etməsinə baxmayaraq, xəstəyə əməliyyatın həcmi, onun mümkün fəsadları və nəticəsi barədə tam məlumat verildiyini müəssisə tərəfindən sənədlərlə sübut edilə bilmədiyindən, vurulmuş maddi və mənəvi zərər üçün əvəz ödənilməsi qərar almışdır.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.
Xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 16-cı maddəsində özəl tibb praktika ilə məşğul olan şəxsin vəzifəsi kimi müəyyən etmişdir.

5. Mülki hüquq pozuntularından yaranan məsuliyyət. Hüquqazidd əməl – həkim səhvi

Tibb xidməti göstərən şəxsin məsuliyyəti həmçinin hüquqazidd əməl nəticəsində digər şəxsin sağlamlığına zərər vurduqda da yaranır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Müqavilə şərtlərinin pozulmasından fərqli olaraq mülki hüquqi pozuntu üzrə məsuliyyətin yaranması üçün ilk növbədə tibb xidmət göstərən şəxsin müdaxiləsinin hüquqazidd olmalıdır. Həmçinin təqsirli olaraq yol verilən hüquqazidd əməl nəticəsində şəxsin həyat və sağlamlığına zərər vurulmuş olması məsuliyyətin yaranması üçün digər əsaslardır.
Əməlin hüquqazidd olub-olmamasını (həkim səhvinin/səhlənkarlığının) müəyyən etmək məsuliyyət üçün mühüm əhəmiyyət daşıyır. Hüquqazidd dedikdə tibbi müdaxilənin qanunvericiliyin tələblərinə,  həmçinin tibb xidmətin göstərilməsi ilə digər tələblərə uyğun olmaması başa düşülür. Tibbi xidmətin kompleks xarakter daşıdığını və onun göstərilməsi zamanı həkim səhvinin olub olmaması müəyyənləşdirmək üçün məhkəmələr ilk növbədə tibbi ekspertizanın keçirilməsinə qərar verirlər.Sumqayıt Apellyasiya Məhkəməsi 01 noyabr 2017-ci il qərarında tarixli qərarında iddiaçının həkim səhvi nəticəsində yaranmış maddi zərərin əvəzinin ödənilməsi tələbini təmin etməyərək, keçirilmiş ekspertizanın həkim səhvi olmaması ilə bağlı rəyini əsas götürmüşdür. Məhkəmələr tərəfindən tibbi ekspertiza ilə yanaşı digər ekspertiza növlərindən hər hansı biri təyin oluna bilər, məsələn xəstəyə implantasiya cihazın işlək olduğunun yoxlamaq üçün mühəndis-texniki ekspertiza.
Lakin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllə ilə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Həkim səhvinin/səhlənkarlığının olub-olmadığını müəyyən etmək üçün digər bir əsas kimi tibbi sənədlər, həmçinin Səhiyyə Nazirliyinin kollegiya qərarı ilə təsdiqlənən kliniki protokollar və ya Səhiyyə nazirinin əmri ilə təsdiq olunan müxtəlif sahədən həkimlər üçün vəzifə təlimatları çıxış edə bilər. Məsələn, Sumqayıt Apellyasiya Məhkəməsinin digər bir qərarında məhkəmə ekspert rəyi ilə razılaşmayaraq  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının əmri ilə təsdiq edilmiş klinik protokolları ekspert rəyindən daha üstün sənəd hesab etmişdir.
Həmçinin, həkim səhv tibb müdaxilə səbəbindən cinayət məsuliyyətinə cəlb edildikdə, bu hal sağlamlığın əvəzin ödənilməsi ilə bağlı mülki mübahisə zamanı həkim səhvinin mövcud olması hissəsində əsas olacaqdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məsələn, Nərimanov rayon Məhkəməsi 26 aprel 2018-ci il tarixli həkim səhvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı qərarında, həkim səhvinin mövcud olmasının faktının əsası kimi, həkimin daha öncədən Cinayət Məcəlləsinin 124.1-ci, ehtiytatsızlıqdan adam öldürmə maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanuni qüvvəyə minmiş qərarını götürmüşdür.
Daha əvvəl qeyd etdiyimiz kimi, mülki hüquq pozuntusu üzrə məsuliyyətin yaranması üçün hüquqazidd əməlin olmasından başqa, həmin əməlin təqsirli törədilmiş olması da vacibdir. Tibbi işçisinin təqsiri onun qəsd və ya ehtiyatsızlıq formasında, həmçinin tibbi biliyinin çatışmazlığı və ya kənar təsir formalarında ifadə oluna bilər. Burda təqsir dedikdə yalnız birbaşa tibbi müdaxiləni həyata keçirən həkim iradə ifadəsini yox, həmçinin tibb müəssisəsinin tibb xidməti göstərilməsi ilə bağlı öhdəliklərinin də əhatə edir. Təcrübədə, tibb müəsissəsinin cərimələnməsi ilə nəticələnən məhkəmə mübahisəsində məhkəmə avadanlığın nasaz olması nəticəsində səhv diaqnoz qoyulması halında məhz tibb müəsisəsini həmin avandanlığın saz vəziyətində saxlanılmamasına görə təqsirli olduğu qərar vermişdir. Müəssisə üçün məsuliyyət yarada biləcək digər hal müəssisə tərəfindən ona özəl tibbi fəalliyət ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) sənədində tibb xidmətlər üzrə işlər görülməsinə icazə verilən ixtisas növlərindən kənar fəaliyyətlə məşğul olmasıdır. Bu hal“Əhalinin tibbi sağlamlığı haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsi ilə birbaşa qadağan olunmuşdur.
Hamid  Ahmadov
Hamid  Ahmadov
Senior Lawyer
Medical Liability
Medical Liability - Publication
Insight

?
Please follow this link to read the article in Azerbaijani.

#medical liability;  #medical law;  #insurance
Publications

Medical Liability
Please follow this link to read the article in Azerbaijani.

#medical liability;  #medical law;  #insurance
Publications

Right to be forgotten
Please follow this link to read the article in Azerbaijani.

#right;  #law;  #forgotten
© 2021 Turan Legal and Tax Services LLC.
All rights reserved.
© 2021 Turan Legal and Tax Services LLC. All rights reserved.
COMMITTED TO EXCELLENCE
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
© 2021 Turan Legal and Tax Services LLC. All rights reserved.
Turan Legal and Tax Services
Our multidisciplinary team of professionals brings decades of experience spanning a broad range of business and legal support disciplines.
Terms & Conditions  |  Privacy Policy
+99451 570 21 70
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
Our multidisciplinary team of professionals brings decades of experience spanning a broad range of business and legal support disciplines.
Turan Legal and Tax Services Logo
Turan Legal and Tax Services LOGO
© 2021 Turan Legal and Tax Services LLC. All rights reserved.
COMMITTED TO EXCELLENCE
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
Back to content