Korporativ və Kommersiya
Xidmətlərimiz | Əsas xidmətlərimiz
Şirkətimiz korporativ və kommersiya sahəsində olan geniş təcrübəsi ilə qabaqcıl müəssisələrə, təşkilatlara ümumi korporativ, satınalmalar, tranzaksiyalar, mübahisələrin həlli və digər hüquqi məsələlərdə xidmətlər göstərir.
Müştərilərimizin biznes əməliyyatları və gündəlik fəaliyyətini dəstəkləmək üçün tam hüquqi autsorsinq xidmətləri təqdim edirik.
Bu xidmətlərə dövlət orqanları ilə əlaqələrin qurulması, müraciətlərin edilməsi, məhkəmələrdə təmsilçilik, müqavilələrin idarə olunması və sənədlərin bir yerdə toplanaraq saxlanması kimi və sair xidmətlər daxildir.
Hüquqşünaslarımız və vəkillərimiz lokal və beynəlxalq təcrübələri ilə yeni təsis olunması və ya uzun müddət fəaliyyət göstərməsindən asılı olmayaraq, müştərilərimizə binzes planların hazırlanmasında, ölkəxarici əməliyyatlar, həmçinin bütün mümkün hüquqi risklərin əvvəlcədən müəyyən olunmasında hərtərəfli dəstək göstərirlər.
Azərbaycanda fəaliyyət göstərən lokal və beynəlxalq şirkətlər bizim satınalmalarla bağlı dəstək xidmətimizdən faydalana bilərlər. Bu xidmət daxilində hüquqşünaslarımız şirkətlərin satınalmalar üzrə mütəxəssisləri ilə birlikdə çalışaraq təkliflərin tam və düzgün hazırlanmasına nəzarət edirlər.
Buna həmçinin dövlət orqanları ilə danışıqların aparılması, qanunauyğunluqların olması təqdirdə müvafiq müraciətlərin və şikayətlərin göndərilməsi də daxildir.
Xidmət etdiyimiz şirkətlər enerji və təbii resurslar, təbiət elmləri, əczaçılıq, təhsil müəssisələri, təchizat, tikinti kimi sahələrdə fəaliyyət göstərirlər.
Aqil Mirzəyev
Hüquqşünas
Email : m.agil@turanlegal.az
Andrey Qarifulin
Baş hüquqşünas
Email : g.andrey@turanlegal.az
BİZİM XİDMƏT SAHƏMİZƏ DAXİLDİR
- Vasitəçilik və mübahisələrin alternativ həlli
- 1-ci, apellyasiya, kassasiya və Avropa İnsan Hüquqları məhkəməsində təmsilçilik
- İctimai və inzibati hüquq
- Səhmdarlar arasında mübahisələr
- Əqli mülkiyyət mübahisələri
- Fırıldaqçılıq mübahisələri və aktivlərin bərpası
- Hökumətlə əlaqələr və kommunikasiyalar
DİGƏR XİDMƏTLƏR