Mübahisələrin həlli və məhkəmə işləri
Xidmətlərimiz | Əsas xidmətlərimiz
Vəkillərimiz şirkətimizin müştərilərinin məhkəmə və müvafiq icra hakimiyyəti orqanları qarşısında təmsil olunması üzrə zəngin təcrübələrə malikdir. Bunlara kommersiya mübahisələri, danışıqların aparılması və sazişlərin bağlanması, ölkəxarici mübahisələrin idarə olunması daxildir.
Əməkdaşlarımız məhkəmə işlərinin bütün mərhələlərində iştirak edərək, hüquqi risklər və mümkün situasiyalar ilə bağlı müştərilərimizə məsləhətlər verirlər.
Vəkillərimiz istənilən hüquq mübahisəsində professional və individual yanaşma ilə, “ən yaxşı təcrübə”-yə və mümkün ola biləcək minimum hüquqi xərclərə zəmanət verir.
Şirkətimizin mübahisələrin həlli ilə məşğul olan vəkilləri indiyə qədər əsassız varlanma və arbitraj mübahisələrində müvəffəqiyyətlə milyonlarla ABŞ dolları dəyərində zərərin qaytarılmasına nail olmuşdur. 2018-ci ildən bəri əməkdaşlarımız müştəriləri yüzlərlə məhkəmə işlərində təmsil etmiş və hüquqlarını müdafiə etmişdirlər.
Mübahisələrin həlli ilə bağlı olan xidmətlərimiz yalnız müştəriləri məhkəmələrdə təmsil etməklə məhdudlaşmayaraq, həmçinin sənədlərin saxlanması, onların idarə olunması kimi xidmətləri də özündə ehtiva edir.
Hər bir məhkəmə işindən sonra Sənədlərin İdarəolunması Sistemi ilə işlərə aid olan bütün sənədləri təhlükəsiz qaydada yığaraq daşınmasını da təmin edirik.
Şirkətimizdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan bir neçə vəkil fəaliyyət göstərir, və bu bizi digər yerli hüquq şirkətlərindən fərqləndirən əsas cəhətlərdən biridir.
Aqil Mirzəyev
Hüquqşünas
Email : m.agil@turanlegal.az
Tural Əhmədov
Baş hüquqşünas / Vəkillər Kollegiyasının üzvü
Email : a.tural@turanlegal.az
BİZİM XİDMƏT SAHƏMİZƏ DAXİLDİR
- Vasitəçilik və mübahisələrin alternativ həlli
- 1-ci, apellyasiya, kassasiya və Avropa İnsan Hüquqları məhkəməsində təmsilçilik
- İctimai və inzibati hüquq
- Səhmdarlar arasında mübahisələr
- Əqli mülkiyyət mübahisələri
- Fırıldaqçılıq mübahisələri və aktivlərin bərpası
- Hökumətlə əlaqələr və kommunikasiyalar
DİGƏR XİDMƏTLƏR