Pərakəndə satış və distribusiya
Xidmətlərimiz | Əsas sahələr
Pərakəndə satış və distribusiya sahəsində fəaliyyət göstərən şirkətlər gündəlik olaraq hüquqi çətinliklərlə qarşılaşırlar. Müştərilərin fəqli davranışları, qlobal tədarük zənciri sistemini pozan hadisələrin baş verməsi kimi səbəblərdən, müəssisələrin yeni şəraitlərə dərhal uyğunlaşmaq üçün hüquq mütəxəssisləri ilə əməkdaşlıq etməklərinə zərurət yaranır.
Biz müştərilərimizə onların hazırkı və gələcək fəaliyyətlərində tam hüquqi dəstək təklif edirik. Covid-19 pandemiyası nəticəsində, beynəlxalq ticarət əməliyyatlarında, o cümlədən logistika, sığorta xərclərində mürəkkəbliklər misli görünməmiş dərəcədə artdığından, bütün dünyada şirkətlər tələbatı ödəmək və müəssisələri müflislikdən qorumaq üçün rəqəmsal alış-verişə keçdilər. Bu dəyişikliklər nəticəsində Azərbaycanda fəaliyyət göstərən bizneslər zərərə məruz qaldı.
Mallar və xidmətlərlə bağlı istənilən hüquqi yoxlama və maliyyə problemlərindən qaçınmaq üçün sahibkarlar əmin olmalıdırlar ki, onların bağladıqları distribusiya müqavilələri, alğı-satqı müqavilələri təhlükəsizlik baxımından maksimum şəkildə diqqətlə tərtib olunmuş və eyni zamanda, rəqəmsal biznesdə tənzimedici çətinliklərdən qorunur. Biz qlobal bazarda genişlənməyi planlaşdıran və ya etibarlı beynəlxalq təchizatçı axtaran şirkətlərə onların gələcəkdə üzləşə biləcəkləri hüquqi maneələri minimuma endirmək üçün “due diligence” xidmətlərimizi təklif edirik.
Şirkətimiz, eyni zamanda, müştərilərimizə Korporativ İdarəetmə Strukturu qurmağa və İSO Sertifikatının alınması üçün hazırlanmağa yaxından köməklik edir. Dəstəyimzdən sonra, şikətlərin müraciətindən sonra ilk yoxlanışdan sonra İSO Sertifikatının alınmasına zəmanət verilir. Yaxşı formalaşdırılmış biznes əməliyyatları ilə müştərilərimiz xərcləri əhəmiyyətli şəkildə azaltmaqla bərabər, səmərəliliyi, keyfiyyəti və maliyyə performansını artıra bilərlər.
Xidmət sahələrimizə daxildir:
- Lisenziyaların alınmasında tam dəstək;
- Idxal və ixrac əməliyyatların zamanı dəstək;
- ISO Sertifiatları üçün əməliyyatların ilkin monitorinqi;
- Korporativ İdarəetmə Strukturunun yaradılması;
- Tam korporativ hüquqi dəstək və qanuna uyğunluq;
- İnsan Resursları idarəçiliyi;
- Dövlət qurumları ilə münasibətlər və əlaqələr;
- Əqli mülkiyyət hüququna dair mübahisələr;
- Əmtəə nişanı və patentin qeydiyyatdan keçirilməsi;
- Dövlət və şəxsi satınalmalar zamanı tenderlərlə bağlı tam dəstək;
- Antiinhisar və rəqabət;
- Risklərin idarə olunması və qanuna uyğunluq;
- İdxal və ixrac əməliyyatları;
- Müqavilərlə bağlı tam dəstək: tərtibat, dəyişikliklər və xitam verilməsi; alğı-satqı müqavilələri, icarə müqavilələri və s.;
- Müqavilələrin idarə olunması.
DİGƏR XİDMƏTLƏR