Zalbəy Ağadadaşov
Direktor
Zalbəy Ağadadaşov korporativ hüquq, müqavilə hüququ, "due diligence", təhsil və digər biznes sahələrində böyük təcrübəyə malik təcrübəli hüquqşünasdır. Turan Legal and Tax Services şirkətinin təsisçisi və direktoru olmamışdan əvvəl, böyük distribütor və pərakəndə şirkətlər qrupunda baş müşavir olub.
Zalbəy əsas yerli və beynəlxalq müştərilərə çox milyon dollarlıq kommersiya mübahisələri, M&A əməliyyatları, iri investisiya layihələri və kommersiya müqavilələri üzrə məsləhətlər verib, müxtəlif növ lazımi araşdırma prosedurlarını həyata keçirib və beynəlxalq kibertəhlükəsizlik üzrə təzminat işlərini uğurla idarə edib.
Zalbəy Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr dərəcəsinə malikdir. Həmçinin, beynəlxalq biznes, ticarət və vergi hüququna yönəlmiş Cergy-Pontoise Universitetində LLM dərəcəsini almışdır.
Azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilir.
Aqil Mirzəyev
Hüquq meneceri
Aqil Mirzəyev Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür və korporativ, müqavilələr, məhkəmə çəkişmələri və digər hüquq sahələrində 10 ildən artıq təcrübəyə malikdir.
Turan Legal and Tax Services şirkətinə qoşulmazdan əvvəl dövlət qurumlarında hüquqşünas kimi çalışıb və karyerasını iri yerli biznes və konsaltinq firmalarında hüquq məsləhətçisi kimi davam etdirib.
Aqil Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir.
Andrey Qarifulin
Baş hüquqşünas
Andrey Qarifulin yerli və beynəlxalq səviyyəli şirkətlərdə və bir çox sahədə böyük təcrübəyə malik olan hüquq mütəxəssislərimizdən biridir.
O, ABB, BP, Halliburton, Siemens, Emerson, Tyco Electronics, Azerenergy, Aztechizat, Ktib Holding, Schneider, CNEEC, Energomera, KraussMaffei və sair kimi beynəlxalq şirkətlərdə, eləcə də Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edərək müxtəlif layihələrdə Hüquq Məsləhətçisi, Sənəd Nəzarətçisi, Satınalma və Layihə Müdiri olaraq fəaliyyət göstərmişdir.
Andrey uzun müddət BƏƏ-də neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin hüquq departamentlərində çalışmışdır.
Andrey Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir.
Tural Əhmədov
Baş hüquqşünas
Tural Əhmədov kommersiya hüququ, mülki hüquq, bank hüququ, beynəlxalq hüquq və hüquqi mübahisələrin tənzimlənməsi sahəsində zəngin iş təcrübəsi olan hüquqşünasdır.
Turan Legal and Tax Services şirkətinə qoşulmaqdan öncə 10 ilə yaxın müddətdə daşınmaz əmlakın dövlət reyestri sahəsində, bank sahəsində və maliyyə bazarlarına nəzarət üzrə dövlət orqanında işləmişdir. Tural Əhmədov həmçinin 2018-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaqla məhkəmə mübahisələrinin araşdırılmasında Vəkil kimi iştirak edir.
Tural Əhmədov Bakı Dövlət Universitetində bakalavr, magistr təhsili almış və həmin universitetdə doktorantura təhsilini yekunlaşdırmışdır.
Tural Azərbaycan, ingilis və türk dillərini mükəmməl bilir.