Startaplara dəstək - Turan Legal

Məzmuna keçin
Startaplar üçün hüquqi dəstək
Xidmətlərimiz  |  Əsas xidmətlərimiz
Startap layihəsinin uğurla fəaliyyətə keçməsi üçün yalnız innovativ biznes ideyasının mövcudluğu və onun biznes planının yazılması kifayət deyil, həm də müştərilər, investorlar və podratçılarla işləmək üçün rəqabətədavamlı olmalıdır.
Startap ideyasının yaranması mərhələsində mümkün mübahisələrin qarşısını almaq üçün ideya müəllifinin müəyyənləşdirilməsi çox vacibdir.

Bu zaman hüquqşünas patentləşdirilmə, nou-hau, əqli mülkiyyət hüquqlarının qeydiyyatında köməkçi kimi çıxış edir. İdeya hər hansı formaya salınıb qeydiyyata alınana qədər sadəcə ideya olaraq qalır. Yalnız hüquqi tənzimlədən sonra ideyanı bölüşmək və onun inkişafını təmin etmək mümkündür.

Startap layihəsindən gəlir əldə etmək üçün bir çox vacib məsələlər həll olunmalıdır, məsələn, fəaliyyətin hüquqi formasının seçilməsi. Hansı daha məqsədəuyğundur: fərdi sahibkar, və ya MMC? Hər bir iştirakçının paylarını necə bölüşdürmək olar? Tərəflərin hüquq və vəzifələrini necə düzgün müəyyənləşdirmək olar?

İlkin mərhələdə bu və bir çox digər məsələlərə aydınlıq gətirmək çox vacibdir.
Növbəti vacib mərhələ layihəyə maliyyə cəlb etməkdir.

Müvafiq maliyyələşdirmə olmadan hər hansı bir uğurlu ideyanın biznesə çevrilməsi kifayət qədər mürəkkəbdir. Buna görə də, bir çox hallarda startaplar öz layihələrinə sərmayə cəlb etmək məsələsi ilə üzləşirlər.
Təbii ki, startapa maliyyələşdirmə cəlb etmək üçün dəstək proqramlarına müraciət edə bilərsiniz, lakin ərizə hazırlamaq, biznes planını tərtib etmək və sənədlər paketini formalaşdırmaq üçün mütəxəssislə əlaqə saxlamaq uğur qazanmağınızda kömək olacaq.
Startap, hər hansı digər biznes kimi, inkişaf prosesində hüquqi dəstəyə ehtiyac duyur. Və bu, ən başlanğıc mərhələsindən, müqavilə işlərinin tənzimlənməsi və əqli mülkiyyətin qorunması ilə bağlı dəstək ilə bağlıdır.

Yeni başlayan sahibkarsınız və innovativ biznes konseptiniz varsa, hüquqi sənədlərin qaydasında olması sizi məqsədinizə rəqiblərinizdən daha tez çatmağa imkan verir. Startapların uğursuz olmasının ən vacib səbəblərindən biri hüquqi dəstəyin olmamasıdır.
BİZİM XİDMƏT SAHƏMİZƏ DAXİLDİR
  • İdeyanın hüquqa uyğunluğunun araşdırılması və risklərin müəyyənləşdirilməsi;
  • Azərbaycan Respublikası və ölkə xaricində qeydiyyatı;
  • Korporativ idarəetmənin təşkili;
  • iOS, Android və Web əsaslı startaplar üçün Əsas Partnyorluq Müqaviləsi, İstifadə Müqaviləsi, Gizlilik Siyasəti, Kuki Siyasəti, İstifadəçi Təlimatı və s. müvafiq sənədlərin hazırlanması;
  • Startap şəhadətnaməsinin alınmasında hüquqi dəstək.
DİGƏR XİDMƏTLƏR
© 2023 Turan Legal and Tax Services LLC.
Bütün hüquqlar qorunulur.
© 2023 Turan Legal and Tax Services LLC. All rights reserved.
MÜKƏMMƏLLİYƏ DOĞRU
AZ1014, Bakı, Azərbaycan, Füzuli küç. 37,
Park View Biznes Mərkəzi, 5-ci mərtəbə
© 2021 Turan Legal and Tax Services LLC. All rights reserved.
Our multidisciplinary team of professionals brings decades of experience spanning a broad range of business and legal support disciplines.
Terms & Conditions  |  Privacy Policy
+99451 570 21 70
office@ayvus.com
AZ1014, Baku, Azerbaijan, 37 Fuzuli str., Park View Business Center, 5th floor
Our multidisciplinary team of professionals brings decades of experience spanning a broad range of business and legal support disciplines.
© 2023 Turan Legal and Tax Services LLC.
MÜKƏMMƏLLİYƏ DOĞRU
AZ1014, Bakı, Azərbaycan, Füzuli küç. 37,
Park View Biznes Mərkəzi, 5-ci mərtəbə
AZ1014, Bakı, Azərbaycan, Füzuli küç. 37,
Park View Biznes Mərkəzi, 5-ci mərtəbə
AZ1014, Bakı, Azərbaycan, Füzuli küç. 37,
Park View Biznes Mərkəzi, 5-ci mərtəbə
Məqaləyə qayıt