İnformasiya Texnologiyaları və startap industriyası
Xidmətlərimiz | Əsas sahələr
Startaplar sübut edilmiş ənənəvi bazar təcrübəsi üçün rəqib həllərdir. Bu innovativ həlllər həm sahibkarlar, həm də müştərilər üçün qeyri-müəyyənliklərə səbəb olmaqla hüquqi risklər yaradır. Bu səbəbdən, İR, vergi, korporativ sahə, İT hüququ üzrə mütəxəssislərimiz, biznesinizin təhlükəsizliyi üçün nəzərə alınması lazım olan əsas məqamları müəyyən etməyə kömək edəcəkdir. Texnologiya şirkətləri və startaplarla fəal işləyir və tərəfdaşlarımız olan İnkubasiya və sürətləndirmə mərkəzləri ilə onlara təlim, seminar və görüşlər təqdim edirik.
Şirkətimiz Azərbaycanda yeni təsis edilən Startap şirkətlərinə və İnformasiya Texnologiyaları sahələrində inkişaf edən bizneslərə geniş hüquqi dəstək verilməsi ilə bağlı ixtisaslaşmış ilk hüquq şirkətidir. Biz startaplara onların həyat dövrünün bütün mərhələlərində, o cümlədən onların təsis edilməsi və inkişafından maliyyələşmə və çıxışa kimi dəstək göstəririk. Yerli və beynəlxalq sürətləndirmə və inkubasiya mərkəzləri ilə əməkdaşlığımız gənc startapçıların qaydalara və qanunlara uyğun olmasına yönəldilmişdir.
Potensial investorlar ilə danışıqlarda müştərilərimizi təmsil edirik və üçüncü şəxslərdən aldıqları hər hansı bir investisiya vəziyyətində maraqlarını qoruyuruq. İnvestorlardan maliyyə aldıqdan sonra, işin uzunömürlülüyünü təmin etmək üçün korporativ bir quruluş və sistem yaratmaq üçün startapçılar ilə yaxından işləyirik.
Xidmət sahələrimizə aiddir:
- İnsan resurslarının idarə olunması;
- Korporativ İdarəetmə Strukturunun yaradılması;
- Tam korporativ hüquqi dəstək və qanuna uyğunluq;
- Əmtəə nişanı və patent əldə olunması üçün müraciət;
- Dövlət və şəxsi satınalmalar zamanı tenderlərlə bağlı tam dəstək;
- İdxal və ixrac əməliyyatları;
- Risklərin idarə olunması və qanuna uyğunluq;
- Dövlət qurumları ilə münasibətlər və əlaqələr;
- Antiinhisar və rəqabət;
- Müqavilərlə bağlı tam dəstək: tərtibat, dəyişikliklər və xitam verilməsi; alğı-satqı müqavilələri, icarə müqavilələri və s.
- Müqavilələrin idarə olunması.
DİGƏR XİDMƏTLƏR